Bakıda 34 yaşlı şəxs narkotikdən zəhərlənərək ölüb
03.03.2020 08:29 Hadisə

Bakıda 34 yaşlı şəxs narkotikdən zəhərlənərək ölüb

“MediaPost”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1986-cı il təvəllüdlü Hüseynov Ceyhun Nurəddin oğlunun meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkarlanıb.

Meyitin ilkin müayinəsi zamanı C.Hüseynovun qəbul etdiyi narkotik maddədən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Əcəmi Əsədulla

Xəbərlər departamenti

Gündəm