Bakıda 39 yaşlı şəxs spirtli içkidən zəhərlənərək ölüb
18.11.2019 09:41

Bakıda 39 yaşlı şəxs spirtli içkidən zəhərlənərək ölüb

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, Qaradağ rayon sakini, 1980-ci il təvəllüdlü Davud İbrahimovun meyiti yaşadığı ünvanda tapılıb.

Onun meyitinin müayinəsi zamanı alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm