Bakıda 40 ton yağla dolu çən yanıb
04.01.2020 09:16 Hadisə

Bakıda 40 ton yağla dolu çən yanıb

"MediaPost" FHN-ə istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyanın ərazisində transformatorun yanar hissələri və tutumu 40 ton olan yağla dolu çən yanıb.

Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm