Bakıda 41 yaşlı kişi xəstəxanadan itkin düşdü
30.11.2019 11:37

Bakıda 41 yaşlı kişi xəstəxanadan itkin düşdü

Trend-in məlumatına görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Tsvetkov Qenis İvanoviç noyabrın 25-də Nəsimi rayonu, A.Səhhət küçəsi, 32 ünvanında yerləşən, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm