Bakıda 70 nəfər yanğına görə binadan təxliyə olunub
12.12.2019 06:28

Bakıda 70 nəfər yanğına görə binadan təxliyə olunub

Fövqəladə Hallar Nazirliyindən Mediapost.az-a verilən məlumata görə, ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm