Bakıda 94 yaşlı seçici səs verdi - FOTO
09.02.2020 09:05 Daxili siyasət

Bakıda 94 yaşlı seçici səs verdi - FOTO

"Report"un xəbərinə görə, 1926-cı il təvəllüdlü Yusif Əzizov Milli Məclisə seçkilərlə əlaqədar 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.

94 yaşlı Y.Əzizov 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində 90 yaşdan yuxarı cəmi bir seçici qeydə alınıb. Bu məntəqənin seçici siyahısında 1 217 nəfərin adı var.

Məntəqə 247 saylı tam orta məktəbin binasında yerləşir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm