Bakıda ağır qəza olub, yol bağlanıb: 6 nəfər yaralanıb - FOTO, VİDEO
03.12.2019 06:20 Gündəm

Bakıda ağır qəza olub, yol bağlanıb: 6 nəfər yaralanıb - FOTO, VİDEO

Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, avtoqəza Binəqədi rayonu Ziya Bünyadov prospektində qeydə alınıb. Hadisə zamanı iki "BMW" və "Opel" markalı avtomobillər toqquşub.

Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Bunlar 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Həsən, avtomobildə olan sərnişin Aleksandr Naqutin, 99-FE-712 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Tural Rəhmanov, həmçinin sərnişinlər - hamilə olan Marina, Teymur Quliyev və Elvin Niftəliyevdir.

Qeyd edək ki, yol qəzasının 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürət həddini aşması səbəbindən meydana gəldiyi bildirilir. Ərazidə olan polis əməkdaşlarının verdiyi məlumata görə, həmin avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşı yola keçib, nəticədə əks hərəkət zolağı ilə hərəkətdə olan digər "BMW" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb.

Avtoqəzadan sonra prospektin hər iki istiqamətində güclü tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb. YPX əməkdaşları sürücüləri alternativ yollara istiqamətləndirib.

Mediapost.az









Xəbərlər departamenti

Gündəm