Bakıda aptek qarət edilib: 4500 manat...
14.04.2020 10:45 Kriminal

Bakıda aptek qarət edilib: 4500 manat...

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm