Bakıda avtobus sürücüsünün gündəlik iş rejimi necədir? - VİDEO
03.02.2020 13:52 Cəmiyyət

Bakıda avtobus sürücüsünün gündəlik iş rejimi necədir? - VİDEO

“Report”un əməkdaşları bu mövzuda Bakıdakı sərnişin avtobusunun sürücüsü ilə söhbət edib.

21 saylı marşrut xətti üzrə nömrəli avtobusun sürücüsü Elşən Məmmədovun bildirdiyinə görə hər gün səhər saat 5-də yuxudan durur və avtobusu qarajdan götürməyə yarım saat qalmış işdə olur.

“Axşam saat 22:00-da yatıram ki, səhər işə vaxtında gedim. Saat 6-da işə çıxan sürücü avtobusu saat 13:30 radələrində qaraja təhvil verir. Sonra növbəti növbənin işi başlayır”.

E.Məmmədov başına gələn maraqlı əhvalatlardan, kartı olmayan sərnişinlərdən və s.-dən də danışıb.


Xəbərlər departamenti

Gündəm