Bakıda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
25.01.2020 08:12 Hadisə

Bakıda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib

“MediaPost” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

Qeyd edək ki, qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir.

“MediaPost”


Xəbərlər departamenti

Gündəm