Bakıda avtomobil müğənnini vuraraq öldürdü
16.04.2020 10:04 Hadisə

Bakıda avtomobil müğənnini vuraraq öldürdü

"MediaPost" bildirir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, hadisə Binəqədi rayonunun C.Xəndan küçəsində qeydə alınıb.

Göyçay rayon sakini Sabit Salmanovun idarə etdiyi "Opel" markalı avtomobil yolu keçən Müşərrəf Verdiyevanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdaərsində araşdırma aparılır.

Xatırladaq ki, hadisə zamanı dünyasını dəyişən M.Verdiyeva müğənni idi.

Xəbərlər departamenti

Gündəm