Bakıda avtomobil piyadanı vurub
27.05.2023 02:48 Hadisə

Bakıda avtomobil piyadanı vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"MediaPost"un məlumatına görə, avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Rəcəbli Riad Samir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbərlər departamenti

Gündəm