Bakıda avtomobil polisi vuraraq öldürüb
03.02.2020 07:20 Hadisə

Bakıda avtomobil polisi vuraraq öldürüb

"MediaPost"un “Report”a istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında, paytaxtın H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Prado" markalı avtomobil idarətməni itirərək yol kənarında xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşını vurub.

Faktı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm