Bakıda ayıq sürücü qəza törətdi - FOTO
22.09.2020 08:51 Hadisə

Bakıda ayıq sürücü qəza törətdi - FOTO

Bakının Nərimanov rayonunda avtomobil aşıb.

"MediaPost" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ayıq sürücü kimi fəaliyyət göstərən Seymur Ağayev idarə etdiyi "Chery" markalı avtomobillə hərəkət edərkən Ziya Bünyadov prospektində sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq körpüdəki yolayırıcı betona çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Görüntüləri apa-ya istinadən təqdim edirik:

Xəbərlər departamenti

Gündəm