Bakıda azyaşlılara siqaret satan satıcılar cərimələnib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mediapost.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.
Həmin mağazaların satıcıları – S.Cəfərov, C.Əkbərov, P.Həsənov və
H.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə
əsasən (Etil (yeyinti) spirtli, alkoqollu içkilərin və ya tütün
məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə)
protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.