Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək
19.09.2023 11:55 Mədəniyyət

Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək

Oktyabrın 28-29-da Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək.

Bu barədə MediaPost-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı turnir ilk dəfə təşkil olunacaq.

Çempinatda beşqat dünya çempionları, Azərbaycanın əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina da çıxış edəcəklər.

Xəbərlər departamenti

Gündəm