Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub
07.02.2023 23:04 Hadisə

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub.

 MediaPost xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Sabunçu rayonunda ümumi sahəsi 300 m2 olan bir dam altında tikilən beş ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 20 m² olan 1 otaqlı evin tavanı 5 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər departamenti

Gündəm