Bakıda bir neçə dəfə çempion olmuş idmançı ölüb: Məşhur döyüşçünün qardaşıdır - FOTOLAR
03.02.2020 08:56 İdman

Bakıda bir neçə dəfə çempion olmuş idmançı ölüb: Məşhur döyüşçünün qardaşıdır - FOTOLAR

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

17 yaşlı Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb.

Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Qeyd edək ki,11-ci sinif şagirdi Arzuman Abbasov MMA döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Oxu.Az-ın xəbərinə görə, 22 yaşlı Arzuman tanınmış MMA döyüşçümüz, "Fight Nights Global”ın yüngül çəkidə çempionu Nəriman Abbasovun kiçik qardaşıdır.

Tailandın Puket şəhərində kəmərini qorumaq üçün təlim-məşq toplanışında olan və iki gün əvvəl təntənəli şəkildə 26 yaşını qeyd etmiş Nəriman hazırda məşqlərini yarımçıq saxlayaraq Azərbaycana qayıdır.

“MediaPost”


Xəbərlər departamenti

Gündəm