Bakıda Biznes İdarəçiliyi Forumu keçirilir
18.11.2022 14:59 Gündəm Mədəniyyət

Bakıda Biznes İdarəçiliyi Forumu keçirilir

Bakıda "SAT Group" şirkətinin təşkilatçılığı ilə "Biznes İdarəçiliyi Forumu" keçirilir. 

"Biznes İdarəçiliyi Forumu"nun keçirilməsinsə başlıca məqsəd Azərbaycada biznes mühitinin və idarəçiliyin inkişafına töhfə vermək, dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır.

Forum Strateji İdarəetmə, İdarəetmə Alətləri və İdarəetmənin Gələcəyi olmaqla 3 paneldən ibarətdir.

Forumda Anar Bayramov, Vüsal Şahverdiyev, Mehman Abbas, Fərid Novruzi, Nigar Köçərli kimi biznes nümayəndələri, Türkiyənin Ata Texnologiya şirkətinin HR direktoru Seda Erdem, "Fazla Gıda" şirkətinin qurucusu Olcay Silahlı iştirak edir.

news department

Gündəm