Bakıda BMW 65 yaşlı kişini vuraraq öldürdü
11.08.2020 10:24 Gündəm Hadisə

Bakıda BMW 65 yaşlı kişini vuraraq öldürdü

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən “MediaPost”a verilən məlumata görə, avqustun 11-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Qurbanov BMW markalı avtomobili idarə edərkən yolu keçən 60-65 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm