Bakıda BMW markalı avtomobil yandı - VİDEO
09.02.2020 14:03 Hadisə

Bakıda BMW markalı avtomobil yandı - VİDEO

Hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. BMW markalı avtomobil qəfil alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qəza səbəbindən həmin küçədə sıxlıq müşahidə olunur.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm