Bakıda COVID-19-a yoluxma ən çox bu rayonda qeydə alınıb
05.05.2021 10:12 Cəmiyyət

Bakıda COVID-19-a yoluxma ən çox bu rayonda qeydə alınıb

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub.

"MediaPost" xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,7 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,3 %-lə Yasamal, 11,1 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Xəbərlər departamenti

Gündəm