Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib.
MediaPost-un məlumatına görə, tədbir yarışın təşkil olunduğu Milli Gimnastika Arenasında baş tutub.
Mərasimdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, həmçinin, digər rəsmi şəxslər iştirak ediblər.
İlk olaraq turnirlə bağlı hazırlanan videoçarx təqdim edilib.