Bakıda dəhşətli faciə: İcra nümayəndəsinin oğlu öz bacısını öldürdü
20.09.2020 17:27 Hadisə

Bakıda dəhşətli faciə: İcra nümayəndəsinin oğlu öz bacısını öldürdü

Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb. Nümyəndənin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb.

"MediaPost" xəbər verir ki, "Musavat.com"un əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətdən bildiriblər ki, hazırda hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Qətlin hansı motivlə törədilməsi istintaqın gedişində müəyyən olunacaq. Dəhşətli olayla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rahil Babayevin adı ahıl yaşda olan 2 qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi.

 

Xəbərlər departamenti

Gündəm