Bakıda dəhşətli hadisə - Gənc oğlanı bıçaqladılar
28.04.2020 21:26 Hadisə

Bakıda dəhşətli hadisə - Gənc oğlanı bıçaqladılar

Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.

"MediaPost" "APA"ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

1988-ci il təvəllüdlü Şükürov Azim Məhərrəm oğlu naməlum şəraitdə bıçaq xəsarəti alıb. O, qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm