Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" konfrans keçirilir
Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda konfrans keçirilir.
MediaPost xəbər verir ki, tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.
Konfransda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, rəsmi şəxslər, xarici qonaqlar və ekspertlər iştirak edirlər.