Bakıda xarici vətəndaşın iş otağından 35 min dollar oğurlanıb
04.03.2020 07:11 Kriminal

Bakıda xarici vətəndaşın iş otağından 35 min dollar oğurlanıb

“MediaPost”un məlumatına görə, hadisə martın 3-də, Yasamal rayon H.Cavid küçəsində yerləşən inzibati binada qeydə alınıb. Naməlum şəxs və ya şəxslər Əfqanıstan vətəndaşı S. Xeyrullahın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlayıblar.

Oğurluq hadisəsi ilə bağlı S.Xeyrullah Yasamal Rayon Polis İdarəsinə müraciət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbərlər departamenti

Gündəm