Bakıda əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - VİDEO
18.12.2019 12:45

Bakıda əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - VİDEO

"Report" xəbər verir ki, 10 TG 364 dövlət qeydiyyat nişanlı, 165 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Hüseynbala Əliyev küçəsində qoşa xəttin tələblərini pozaraq əks istiqamətdə hərəkətini davam etdirib.

Sürücü qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşmadan son anda xilas olub. Öz zolağı ilə hərəkətdə olan “Ford Transit” və “London taksi”si hərəkət istiqamətini dəyişərək qəzanın baş verməsinin qarşısını alıblar.

Avtobusun sürücüsü isə işıqforda yenidən öz zolağına qayıtmaq üçün digər nəqliyyat vasitələrinin önünə çıxıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinə görə sürücü barəsində 100 manat və 4 cərimə balı nəzərdə tutulur.

Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasını da nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi də müvafiq araşdırma aparmalıdır.

Mediapost.az


Xəbərlər departamenti

Gündəm