Bakıda ər avtomobillə arvadının üstündən keçdi
06.02.2020 20:12 Hadisə

Bakıda ər avtomobillə arvadının üstündən keçdi

“Report” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.

Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm