Bakıda ərəbin meyiti tapılıb
"MediaPost"un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamalda kirayə evdə yaşayan Səudiyyə Ərəbistan vətəndaşı, 1983-cü il təvəllüdlü Alhassen Nasser Baderin meyiti həmin ünvanda aşkarlanıb.
İlkin ehtimala görə, əcnəbi vətəndaş qəbul etdiyi dərman vasitəsindən sonra qəflətən keçinib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Əcəmi Əsədulla