Bakıda ərzaq məhsulları bahalaşıb
03.11.2020 18:07 Maliyyə

Bakıda ərzaq məhsulları bahalaşıb

2020-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində istehlak qiymətləri indeksi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 102,5 faiz təşkil edib.

"MediaPost" xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 104,7 faiz, qeyri-ərzaq malları üzrə 100,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,1 faiz olub.

2020-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi avqust  ayı ilə müqayisədə 100,1 faiz, 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,5 faiz təşkil edib.

Könül Vəliyeva

Gündəm