Bakıda estetik əməliyyatlar edən klinika cərimələnib
09.03.2021 12:34 Hadisə

Bakıda estetik əməliyyatlar edən klinika cərimələnib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Asthetik Lab Vip Style" MMC-yə əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə cərimə yazılıb.

"MediaPost" xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə tərtib edilən protokola Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu inzibati xətaya görə 20 min manatdan 25 min manatadək məbləğində cərimə tətbiq edilir.

"Asthetik Lab Vip Style" estetik əməliyyatlar həyata keçirən klinikadır.

Xəbərlər şöbəsi

Gündəm