Bakıda evdə çürümüş meyit: qonşular iydən tapdı
30.07.2020 08:47 Gündəm Hadisə

Bakıda evdə çürümüş meyit: qonşular iydən tapdı

Bakıda ölüm hadisəsi baş verib.

“MediaPost” xəbər verir ki, hadisə Nizami rayonu, Ş.Mirzəyev 76 ünvanında qeydə alınıb. Belə ki, bu ünvanda yaşayan 1969-cü il təvəllüdlü Spiridonov Oleq Borisoviçin çürümüş meyiti evindən tapılıb.

Onun meyitini qonşuları ətrafa yayılan kəskin iydən sonra müəyyən ediblər. Müayinə zamanı isə Spiridonov Oleq Borisoviçin kəskin ürək çatışmazlığından öldüyü məlum olub.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Əcəmi Əsədulla

Gündəm