Bakıda evdən 40 min manatlıq qızıl oğurlanıb
27.01.2021 12:27 Hadisə

Bakıda evdən 40 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən böyük məbləğdə oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 40 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Məmmədova saxlanılıb.

Xəbərlər departamenti

Gündəm