Bakıda evdən içində 11 700 dollar olan seyf oğurlanıb
14.04.2020 10:25 Kriminal

Bakıda evdən içində 11 700 dollar olan seyf oğurlanıb

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "MediaPost"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 11 700 ABŞ dolları olan seyf oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Tağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aprılır.

Xəbərlər departamenti

Gündəm