Bakıda evdən pul və qızıl oğurlayan şəxslər tutulub
25.04.2020 08:33 Kriminal

Bakıda evdən pul və qızıl oğurlayan şəxslər tutulub

"MediaPost"un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu S. Rəhmanov küçəsində qeydə alınıb. Şəhər sakini E. Məmmədova məxsus mənzildən 450 manat pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri 1997-ci il təvəllüdlülər Mahir Mehdiyev və İlqar Həbibov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbərlər departamenti

Gündəm