Bakıda evini qumarxanaya çevirən şəxs tutuldu
29.04.2020 07:48

Bakıda evini qumarxanaya çevirən şəxs tutuldu

"MediaPost" xəbər verir ki, aprelin 28-də Yasamal rayonu Ə.Salamzadə küçəsindəki evlərin birində qumrxana təşkil olunması ilə bağlı polisə məlumat daxil olub.

Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə məlumat təsdiqini tapıb. Evində qumar oyunları təşkil edən 31 yaşlı T.Rüstəmov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm