Bakıda falçı yüksək vəzifəli şəxsin bacısını soydu - <span>FOTOLAR</span>
08.08.2020 14:28 Gündəm Hadisə

Bakıda falçı yüksək vəzifəli şəxsin bacısını soydu - FOTOLAR

Bakıda yüksək vəzifəli şəxsin bacısına qarşı dələduzluğun edildiyi bildirilir.

“MediaPost” xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda parkın yaxınlığında baş verib.

Adının bilinməsini istəməyən vəzifəli şəxs “MediaPost”a açıqlamasında bacısının falçının qurbanı olduğunu deyib:

"Küçədə gedirdik, mən mağazaya daxil oldum. Bacım isə çöldə məni gözləyirdi. Qayıdanda dedi ki, ortayaşlı bir qadın ona yaxınlaşaraq pulunu oğurlayıb. Həmin şəxs əvvəlcə ona üzərindəki cadunu götürəcəyini deyib və 100 manat istəyib. Bacımın razılaşmadığını gördükdə, pulu öz əlində tutmasını və üfürməsini xahiş edib. Dediyi kimi edib. Sonra baxıb ki, pul əlində yoxdur. Aralarında mübahisə düşüb və bacım həmin şəxsdən pulu tələb edib. O isə yarım saatdan sonra pulun çantasında peyda olacağını söyləyib və həmin ərazidən qaçıb. Yaxşı ki, şübhələnib və şəklini çəkib".

O həmçinin bildirib ki, hadisənin ictimailəşdirilməsini digər insanların da qurbana çevrilməməsinə görə istəyir: "Bacımın məsuliyyətsizliyinə görə başına belə bir iş gəlib. Kimisə günahlandırmaq istəmirəm. Sadəcə, digər insanları bu qadının oyununa gəlməsinin qarşısını almaq məqsədilə bunu açıqlayıram".

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Elşad Hacıyev “MediaPost”a açıqlama verib:

“Həmin şəxsin ad-soyadı bilinmir. Eyni zamanda 100 manat xırda talamadır, cinayət tərkibi yaratmır. Ona görə də bu məsələ diqqətdə saxlanılacaq. Həmin qadının şəkilləri əməliyyat aparatına təqdim olunacaq. Məlumat daxil olan kimi müvafiq addımlar atılacaq”.

img
img
img
img

Xəbərlər şöbəsi

Gündəm