Bakıda futbolçu hakimi döydü: "Hadisə araşdırılacaq" - FOTO, VİDEO
29.01.2020 13:56 Futbol

Bakıda futbolçu hakimi döydü: "Hadisə araşdırılacaq" - FOTO, VİDEO

Bakıda keçirilən Mini Futbol Liqasında (MFL) dava düşüb.

"MediaPost" xəbər verir ki, "Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” oyununda yaşanan insident nəticəsində hakim döyülüb.

Belə ki, "Dənizkənarı Bulvar İdarəsi” komandasının oyunçusu Oqtay Alxasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevə qarşı fiziki təzyiq göstərib. Ardınca isə ona yumruq zərbəsi vurub. Nəticədə xəsarət alan hakim müvazinətini itirərək yerə yıxılıb.

Bakıda futbolçu hakimi döydü: Hadisə araşdırılacaq

Baş verən insidentdə “Dənizkənarı Bulvar İdarəsi” komandasından Ceyhun İmaməlinin də iştirak etdiyi bildirilir.

Hər iki şəxs ömürlük MFL tərəfindən təşkil olunan turnirlərdə iştirakdan məhrum ediliblər. Bundan əlavə, “Dənizkənarı Bulvar İdarəsi” komandasına ciddi xəbərdarlıq edilib və bir daha bu cür insident baş verəcəyi halda komandanın turnirdən kənarlaşdırılacağı barədə qərar verilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm