Bakıda gecə klubuna gedən 35 yaşlı şəxsi mühafizəçi döydü
15.02.2020 06:09 Hadisə

Bakıda gecə klubuna gedən 35 yaşlı şəxsi mühafizəçi döydü

"Report"un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda yerləşən "Eniqma" gecə klubunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rafael oğlu döyülüb.

Xəsarət alanın yaxınlarının sözlərinə görə, gecə klubunun mühafizəçisi ilə Vəliyev Gülverdi arasında mübahisə yaranıb, nəticədə 35 yaşlı şəxs döyülərək bədən xəsarətləri alıb.

O, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm