Bakıda gəlin maşını yanıb - VİDEO
20.11.2019 13:56 Gündəm

Bakıda gəlin maşını yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakıda gəlin maşınının yanması faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda “Audi” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbərlər departamenti

Gündəm