Bakıda gənc qadın pnevmoniyadan öldü
29.02.2020 12:16 Hadisə

Bakıda gənc qadın pnevmoniyadan öldü

TƏBİB-dən “MediaPost”a verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

“Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq", - açıqlamada deyilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm