Bakıda gənc qız itkin düşüb
18.04.2020 07:27 Hadisə

Bakıda gənc qız itkin düşüb

"MediaPost" xəbər verir ki, Binəqədi rayonu, Binəqədi qəsəbə sakini Alışova Fatma Muxtar qızı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 2002-ci ilə təvəllüdlü qızı Alışaova Lamiyə martın 15-də yaşadıqları evdən çıxıb və geri qayıtmayıb.

İlkin araşdırma zamanı anası Fatma bildirib ki, qızı Lamiyə yaşadıqları evdən getdiyi gündən zəng edərək onunla telefon vasitəsi ilə danışsa da son iki gün ərzində əlaqə saxlamayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm