Bakıda görüşə dəvət edilən tələbə qız cinsi qısnanmaya məruz qalıb
04.12.2019 08:26 Gündəm

Bakıda görüşə dəvət edilən tələbə qız cinsi qısnanmaya məruz qalıb

“Report”un xəbərinə görə, hadisə noyabrın 27-də paytaxtın Nəsimi rayon ərazisində baş verib.

Belə ki, Bakıdakı kolleclərinin birinin tələbəsi, V.S qrup yoldaşı, 2003-cü il təvəllüdlü Ə.N-ni axşam saatlarında kafeyə dəvət edib. O, kafedə qıza qarşı zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib.

Qızın valideynləri bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm