Bakıda güclü külək: maşınlarınızı ağacların altında saxlamayın
06.04.2021 09:24 Gündəm

Bakıda güclü külək: maşınlarınızı ağacların altında saxlamayın

Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur.

"MediaPost" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin ötən gün yaydığı xəbərdarlığa əsasən, bu gün günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. 

Bakı sakinlərinə avtomobillərini ağacların yanında saxlamamaq tövsiyə olunur. Həmçinin təmir-tikinti aparılan ərazilərdən, binaların qarşısından keçərkən diqqətli olmaq məsləhət görülür

Xəbərlər departamenti

Gündəm