Bakıda güclü yanğın olub, 10 nəfər zəhərlənib - FOTOLAR
15.11.2019 06:18 Gündəm

Bakıda güclü yanğın olub, 10 nəfər zəhərlənib - FOTOLAR

Bakının Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.

Mediapost.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, daxil olan məlumata əsasən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. Yanğının qarşısı alınıb.

Yanğın zamanı 10 nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.


Xəbərlər departamenti

Gündəm