Bakıda güllələnmiş meyit tapılıb
28.12.2019 13:00 Kriminal

Bakıda güllələnmiş meyit tapılıb

Daxili İşlər Nazirliyindən "MediaPost"-a verilən məlumata görə, Xətai rayonu ərazisində Bakı şəhər sakini Xəyal Cəfərovun odlu silahdan açılmış atəşlə qətlə yetirilmiş meyitinin tapılması barədə Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Mahmudov müəyyən edilərək saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi kustar üsulla hazırlanmış tapança aşkar edilərək götürülüb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm