Bakıda idarə etdiyi motosikleti ağaca çırpan DYP əməkdaşı ölüb
APA-nın əldə etdiyi məlumata görə, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən Vüsal İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Müşayiət Bölüyünün əməkdaşı olub.
Polis serjantı Vüsal İsmayılov bu gün dəfn edilib.
Qeyd edək ki, V.İsmayılovun qəza törətdiyi motosiklet şəxsi nəqliyyat vasitəsi olub.
"MediaPost"