Bakıda işıqlar söndü - Sərnişinlər təxliyə olundu
27.02.2020 13:41 Cəmiyyət

Bakıda işıqlar söndü - Sərnişinlər təxliyə olundu

"MediaPost" xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib. O bildirib ki, 3 stansiya istisna olunmaqla ("Xalqlar dostluğu-Həzi Aslanov" sahəsi), bütün xətlərdə hərəkət bərpa olunub:

"Qatarlar "Neftçilər" stansiyasına qədər hərəkət edir. Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla, qayarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub".

Xatırladaq ki, “Azərişıq” ASC-nin yarımstansiyalarından birinin fəaliyyətində nasazlıq yaranması nəticəsində Bakının elektrik enerjisi təchizatı ilə bağlı problem yaranıb.

Xəbərlər departamenti

Gündəm