Bakıda itkin düşən 12 yaşlı qız tapılıb
17.04.2020 18:32 Hadisə

Bakıda itkin düşən 12 yaşlı qız tapılıb

"MediaPost" xəbər verir ki, aprelin 15-i gecə saat 02:30 radələrində, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4 nömrəsiz evdə kirayədə yaşayan vətəndaş Miroşniçenko Mariya Aleksey qızı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polia Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 14-də saat təxminən 23:20 radələrində 2008-ci ildə anadan olmuş nəvəsi Miroşniçenko Sima Qrişa qızı yaşadıqları evdən çıxıb və geri qayıtmayıb.

12 PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində itkin düşən 2008-ci ildə anadan olmuş Miroşniçenko Sima Qrişa qızı 16.04.2020-ci il tarixdə sağ salamat tapılaraq ailəsinə təhvil verilib.

Faktla əlaqədar Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdirma aparılır.

Xəbərlər departamenti

Gündəm